RU

"Liverpul" yayda Miloş Kerkezi transfer etməyi planlaşdırır

Bakı. Trend:

"Liverpul"un yay transfer pəncərəsində əsas hədəflərindən biriMiloş Kerkez olacaq.

Trend xəbər verirki, "qırmızılar" "Bornmut"un müdafiəçisini transfer etmək üçün 40milyon funtdan yuxarı büdcə ayırmağı planlaşdırır.

Macarıstanlı futbolçu ilə "Real Madrid" və "Çelsi" dəmaraqlanır. "Alkmaar"ın yetirməsi olan Kerkez hazırda "Liverpul"unidman direktoru işləyən Riçard Hyuza yaxşı tanışdır. Futbolçunun dayayda klubunu tərk etməyə müsbət yanaşdığı bildirilir.

21 yaşlı müdafiəçi bu mövsümdə 27 oyunda 2 qol vurub və 4 qolötürməsi edib.

Избранный
16
az.trend.az

1Источники