RU

Françesko Totti: “İtaliyada futbol istedadları azalıb”

İtaliya futbolunun əfsanəsi, “Roma”nın keçmiş hücumçusu və kapitanı Françesko Totti vətənində futbol istedadlarının azaldığı qənaətindədir.

Arena.az jurnalist Nikolo Skiraya istinadən, Tottinin müvafiq qənaətini təqdim edir:

“İtaliyada çox az futbol istedadı var. “Breşiya”da nə vaxtsa Xosep Qvardiola və Roberto Bacco oynayırdılar, indi isə onların heç futbolçularının adları bizlərə məlum deyil”, deyə Totti bildirib.

Françesko Totti 1992/1993-cü illər mövsümündən 2016/2017-ci illər mövsümünə qədər “Roma”nın futbolçusu olub. İtaliyan hücumçu bu müddətdə “canavalar”ın heyətində bütün yarışlarda 785 oyunda iştirak edib, 307 qol vurub, 210 məhsuldar ötürmə verib.

Totti “Roma” ilə İtaliya A Seriyasının (2000/2001), İtaliya Kubokunun (2006/2007, 2007/2008), İtaliya Super Kubokunun (2001/2002, 2007/2008) qalibi olub. Françesko 2006/2007-ci illər mövsümündə 26 qolla A Seriyasının ən sərrast futbolçusu olub. Əfsanəvi futbolçu həmçinin 5 dəfə (2000, 2001, 2003, 2004, 2007) İtaliyada ilin futbolçusu seçilib.

Totti İtaliya yığmasında 1998-ci ilin oktyabrında debüt edib, 58 oyuna 9 qol, 25 məhsuldar ötürmə ilə fərqlənib. Françesko “skuadra adzurra” ilə 2006-cı ildə Almaniyada keçirilmiş dünya çempionatının (DÇ-2006) qalibi olub.

Xatırladaq ki, Françesko Totti 2017-2019-cu illərdə “Roma”nın direktoru vəzifəsində çalışıb.

Totti “Roma” azarkeşlərinin sevimlisidir və “canavarlar”ın canlı əfsanəsi qəbul edilir.

Избранный
46
1
arena.az

2Источники