RU

“Özümü növbəti beş ildə, hətta daha uzun müddət burada görürəm”

“Bayern”in müdafiəçisi Alfonso Deyvis klubu ilə yeni müqaviləsi haqda danışıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:

“Bayern”lə müqaviləmi uzatdığım üçün çox xoşbəxtəm və həyəcanlıyam. Çox vaxt apardı, amma biz bunu bacardıq.

Mən özümü növbəti beş ildə, hətta daha uzun müddət Münhendə görürəm”.

Deyvis 2019-cu ildən “Bayern”də oynayır. 24 yaşlı futbolçu bu mövsüm bütün turnirlərdə 28 matçda meydana çıxıb, 2 qol vurub və 3 məhsuldar ötürmə edib.

Избранный
71
6
sportinfo.az

10Источники