Bakı. Trend:
ABŞ hazırda Ukrayna ilə münasibətlərinin bütün aspektləriniyenidən nəzərdən keçirir.
Trend xəbər verirki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviriMayk Uolts məlumat verib.
"Biz bir addım geri çəkilmişik və bu münasibətlərin bütünaspektlərini dayandırırıq və yenidən nəzərdən keçiririk," - deyəUolts, Ağ Evdə Vaşinqtonun Kiyevlə kəşfiyyat məlumatlarınıbölüşməsinin hələ də dayandırılıb-dayandırılmaması ilə bağlı sualacavabında bildirib.
Uolts əlavə edib ki, o, ukraynalı həmkarı ilə münaqişənin həlliüzrə danışıqların aparılması üçün mümkün yer və onlara gələnnümayəndə heyətlərinin tərkibi barədə telefon danışığı aparıb.
ABŞ prezidentinin köməkçisi danışıqları baş tutmuş hesabetdiyini və son sutka ərzində bu sahədə baş verən proseslərlə bağlınikbin olduğunu qeyd edib.