Roma İmperiyasının süqutuna Avropadakı soyuq hava səbəb ola bilərdi.
Bu fərziyyəni Rusiya Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand "RİA Novosti"yə müsahibəsində bildirib.
Vilfanda görə, Roma İqlim Optimumu adlanan dövrdə - eramızdan əvvəl 250-ci ildən eramızın 400-cü ilə qədər - Roma İmperiyasının çiçəklənməsinə töhfə verən xüsusilə mülayim bir iqlim hökm sürüb. 5-ci əsrdəki soyuqlar, Xalqların Böyük Köçünün bir hissəsi olaraq, barbar tayfalarının Şimali Avropadan cənuba köçü üçün təkanlardan biri olub.
455-ci ildə Roma Vandal tayfaları tərəfindən tutulub və talan edilib, 20 il sonra, 476-cı il sentyabrın 4-də sonuncu Roma imperatoru Romul Avqust alman kralı Odoaker tərəfindən devrildikdən sonra Qərbi Roma İmperiyası süqut edib.
Eyni zamanda, 395-ci ildə Roma İmperiyasının parçalanmasından sonra yaranan Şərqi Roma İmperiyası və ya Bizans daha min ilə yaxın mövcud olub və 1453-cü ildə Osmanlı türkləri tərəfindən dağıdılıb.\\Qaynarinfo