UEFA Çempionlar Liqasında (ÇL) 1/8 final mərhələsinin ilk görüşləri çərçivəsində daha 4 oyun keçirilib.
Offsideplus.az xəbər verir ki, gecənin ən maraqlı matçı Almaniyada baş tutub. Bundesliqada gərgin mübarizəyə girişən "Bavariya" və Leverkuzen "Bayer"i bu dəfə münasibətlərinə qitənin ən nüfuzlu yarışında aydınlıq gətirməyə çalışıblar. Lakin qonaqlar Münhendə 3 cavabsız qol atəşinə tutularaq qayıdıb.
Eyni zamanda, ÇL-də favoritlərdən sayılan "Barselona" da bu gün qüvvəsini sınayıb və minimal hesabla "Benfika"nı məğlub edib.
ÇL, 1/8 final
İlk görüşlər
19:45 "Feyenoord" - "İnter" 0:2
00:00 "Bavariya" - "Bayer" 3:0
00:00 "Benfika" - "Barselona" 0:1
00:00 PSJ - "Liverpul" 0:1