RU

Liviya Ali Məhkəməsi "cihad vergisi"ni ləğv etdi

Bakı. Trend:

Liviya Ali Məhkəməsinin Konstitusiya Palatası 1970-ci ildə qəbuledilən və Liviya Cihad Fonduna işçilərin maaşından üç faiz vergitutulmasını nəzərdə tutan qanunu ləğv edib.

Trend xəbər verirki, bu barədə Liviyanın “əl-Əhrar” telekanalı məlumat yayıb.

Məhkəmənin qərarına əsasən, cihad vergisinin tutulmasıdayandırılıb. Ləğv edilmiş qanuna görə, toplanan vəsaitlər islamdünyasının müstəmləkəçi dövlətlərə qarşı cihadına dəstək üçün fondaköçürülürdü.

Hazırda Liviyada faktiki olaraq iki hökumət fəaliyyət göstərir –ölkənin şərqində parlament tərəfindən təsdiqlənən Nazirlər Kabinetivə Tripolidə yerləşən Milli Birlik Hökuməti.

Избранный
125
4
az.trend.az

10Источники