RU

ABŞ-də Meksika ilə sərhəddə hasarın tikintisinin başa çatdırılma müddəti açıqlanıb

ABŞ Prezidenti Donald Tramp Meksika ilə sərhəddə divarın tikintisinin onun ikinci prezidentlik müddətinin sonuna, yəni 2029-cu ilə qədər tamamlanacağına ümid edir.

“Report” xəbər verir ki, bu barədə ABŞ vitse-prezidenti Cey Di Vens Texas ştatının Meksika ilə sərhəddə yerləşən İql-Pass qəsəbəsində keçirilmiş mətbuat konfransında çıxış edərkən bildirib.

“Düşünürəm ki, prezident Tramp ümid edir ki, müddətin sonunadək biz bütün sərhəd divarını tamamilə tikib bitirəcəyik. Əlbəttə, söhbət fiziki quruluşdan, yəni sərhəd divarının özündən gedir”, – o qeyd edib.

ABŞ vitse-prezidenti həmçinin sərhəd mühafizəsinin effektivliyini artıran süni intellekt tətbiqləri ilə müxtəlif texnoloji həllər barədə məlumatlandırıldığını vurğulayıb.

“Məsələn, kamera – insan deyil, kamera – cənub sərhədini keçmək istəyən birini iki mil məsafədən aşkar edir. Ola bilsin ki, bu, səhrada hansısa heyvandır. Yaxud da arxasında silah olan bir insandır”, – vitse-prezident izah edib.

Vens, Pentaqonun rəhbəri Pit Heqset və Milli Kəşfiyyat direktoru Tulsi Qabbard ABŞ-nin cənub sərhəddindəki miqrasiya böhranı ilə əlaqədar bu bölgəyə səfər edirlər.

Избранный
63
1
report.az

4Источники