“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim vəziyyəti düzəldə bilməsə və komandanın nəticələri yaxşılaşmasa, istefaya göndərilə bilər.
Publika.az xəbər verir ki, “qırmızı şeytanlar”ın rəhbərliyi portuqaliyalı mütəxəssisi əvəz edə biləcək 3 namizəd müəyyənləşdirib. “Mançester Yunayted” Massimiliano Alleqri, Xulen Lopeteqi və Yoahim Lövü hədəfə alıb.
Amorimin “Sportinq”dən gəlişindən bu yana “qırmızı şeytanlar” keçirdiyi 24 oyundan 11-də qalib gəlib, 3-də heç-heçə edib və 10-da məğlub olub və hazırda Premyer Liqa cədvəlində 14-cü yerdədir.