Tramp Vaşinqton merinə Dövlət Departamenti, Ağ Evin yaxınlığında qurulan evsiz insanların çadırlarını yığışdırmağı əmr edib...
Poliqon xəbər verir ki, ABŞ prezidenti bu barədə o, “Truth Social” sosial şəbəkə hesabında məlumat verib.
"Biz Vaşinqtonun merini xəbərdar etdik ki, o, şəhərdəki bütün yararsız çadır düşərgələrin, xüsusən də Dövlət Departamentinin binası və Ağ Evin yaxınlığında yerləşən düşərgələri təmizləməlidir”, deyə Tramp yazıb.
Tramp əlavə edib ki, mer bu tapşırığın öhdəsindən gələ bilməsə, bunu onun üçün etməyə məcbur olacaq. Prezident qeyd edib ki, Vaşinqton təmiz və təhlükəsiz şəhər olmalıdır.
2024-cü ilin sonunda Bloomberg, ABŞ prezident administrasiyasının hesabatına istinadən, ABŞ-da evsizlərin sayının 772 min nəfərə yüksəldiyini və bu statistikanın qeydlərin təxminən 20 il əvvəl başladığından bəri ən yüksək rəqəm olduğunu bildirib.
Poliqon.info