RU

Ərdoğandan İlham Əliyevlə görüşü ilə bağlı paylaşım: Regionumuzda sadəcə sülh istəyirik

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın dövlət başçısı İlham Əliyevlə görüşünün təəssüratlarını paylaşıb.

Bu barədə Türkiyə lideri sosial şəbəkədə paylaşım edib.

"Qardaşım, Azərbaycan Prezidenti cənab İlham Əliyevi Türkiyədə qonaq etməkdən çox məmnun oldum. "Bir millət - iki dövlət" şüarı ilə təcəssüm olunan qardaşlıq münasibətlərimizdə hər sahədə böyük irəliləyişlər əldə edirik. Ölkələrimiz arasında əlaqələr müdafiədən tutmuş ticarətə qədər bir çox sahələrdə daim inkişaf edir", - Türkiyənin ölkə başçısı qeyd edib. O, bu əməkdaşlıqlar arasında enerji sektorunun ön sırada olduğunu da vurğulayıb.

Ərdoğan Bakı və Ankaranın sadəcə sülh, əməkdaşlıq istədiyini vurğulayıb:

"Bunu ifadə etmək istərdim: Türkiyə və Azərbaycan sülhün, əmin-amanlığın, firavanlığın tərəfindədir. Regionumuzda sadəcə sülh istəyirik, əməkdaşlıq istəyirik, birlikdə inkişaf etmək istəyirik. İnşallah, bundan sonra regional sülhə, rifaha və əmin-amanlığa yönəlmiş hər cür layihələri birlikdə həyata keçirmək əzmindəyik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
133
25
olaylar.az

10Источники