Minifutbol üzrə dünya çempionatının püşkatma mərasimi keçiriləcək.
İdman.biz xəbər verir ki, mərasim martın 11-də baş tutacaq.
Bakıda təşkil olunacaq tədbirdən əvvəl 32 komanda dörd səbətə bölünüb. Mundialın əsas favoritlərindən sayılan Azərbaycan millisi 1-ci səbətdə yer alıb.
Qeyd edək ki, püşkatma mərasiminin məkanı və başlama saatı hələ dəqiqləşməyib.
İdman.biz