Ötən gecə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulub.
Modern.az xəbər verir ki, 2-ci oyun günündə 4 matç keçirilib.
"Bavariya" öz meydanında "Bayer"i qəbul edib və 3:0 hesabı ilə qalib gəlib.
"Liverpul" Fransada PSJ-ni məğlub edib.
"İnter" "Feyenoord"u, "Barselona" isə "Benfika"nı udub.
Qeyd edək ki, bu mərhələnin cavab oyunları 11-12 mart tarixlərində keçiriləcək.
UEFA Çempionlar Liqası
1/8 final mərhələsi, ilk oyunlar
"Feyenoord" (Niderland) - "İnter"(İtaliya) - 0:2
"Bavariya" (Almaniya) – "Bayer" (Almaniya) - 3:0
"Benfika" (Portuqaliya) – "Barselona" (İspaniya) - 0:1
PSJ (Fransa) – "Liverpul" (İngiltərə) - 0:1
"Brügge" (Belçika) – "Aston Villa" (İngiltərə) - 1:3
"Borussiya" (Dortmund, Almaniya) – "Lill" (Fransa) - 1:1
PSV (Niderland) – "Arsenal" (İngiltərə) - 1:7
"Real" (İspaniya) – "Atletiko" (İspaniya) - 2:1