RU

Hakimə kəllə atan baş məşqçiyə ağır cəza

Bu gün, 09:33

"Lion"un baş məşqçisi Paulo Fonseka hakimə fiziki təzyiq göstərdiyi üçün 9 ay müddətinə futboldan uzaqlaşdırılıb.
Publika.az xəbər verir ki, bu barədə "L'Equipe" məlumat yayıb.
İnsident Fransa Liqa 1-in 24-cü turunun “Brest”lə oyununda (2:1) baş verib. 93-cü dəqiqədə baş hakim Benoit Millot Fonsekanın hesab etdiyi penaltini təyin etməyib və bu, portuqaliyalının hakimə emosional şəkildə etiraz etməsinə səbəb olub. Hakim baş məşqçiyə qırmızı vərəqə göstərib, bundan sonra Fonseka hakimi başı ilə vurub.
Cəza noyabrın 30-dək qüvvədə olacaq. Bundan əlavə, Fonseka sentyabrın 15-dək komandanın paltardəyişmə otağına baş çəkə bilməyəcək.
Xatırladaq ki, Paulo Fonseka 2025-ci il yanvarın 31-də "Lion"u çalışdırır.

Избранный
24
1
Reportyor.tv

2Источники