Vətənə xəyanətdə şübhəli bilinərək istintaq təcridxanasında olan Ukrayna Ali Radasının deputatı Oleksandr Dubinski ölkə prezidenti Vladimir Zelenskinin yaxın vaxtlarda ABŞ-a gedə biləcəyini bildirib.
Publika.az xəbər verir ki, bu barədə o, "YouTube" kanalında danışıb.
Dubinski Rusiya ilə müqavilənin imzalanacağını elan edib və bunun yalnız Ukrayna üçün faydalı olan Fransa və İngiltərənin tələbləri ilə deyil, Moskvanın şərtləri ilə bağlanacağını vurğulayıb.
Siyasətçi qeyd edib ki, bu dəfə ABŞ prezidenti Donald Trampın əvəzinə Zelenski maliyyə naziri Skott Bessent və ya vitse-prezident J.D.Venslə görüşəcək. Onun fikrincə, bu məmurlar Zelenskinin göstərişlərə əməl etməsinə nəzarət edəcəklər.
Xatırladaq ki, fevralın 28-də Zelenski Trampla görüşmək üçün Vaşinqtona gedib. Siyasətçilər arasında ünsiyyət gərgin olub. Tramp Zelenskiyə çoxsaylı şikayətlər edib, ABŞ-ın vitse-prezidenti J.D.Vens isə hörmətsizlik və nankorluqdan danışıb. Prezidentlər arasında mübahisədən sonra sazişin imzalanma mərasimi pozulub və Zelenski Ağ Evi tərk etmək məcburiyyətində qalıb.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта