RU

Pxenyandan Ukraynada döyüşən hərbçilərinə: “Əsir düşsəniz, ailəniz edam olunacaq”

Yazını böyüt
Yazını kiçilt

Keçmiş Şimali Koreyalı çavuş bəyan edib ki, Ukraynada döyüşən Pxenyan əsgərlərinə əsir düşdükləri təqdirdə, ailələrinin edam ediləcəyi bildirilib.

Hafta.az-ın yazdığına görə, Şimali Koreyalı qaçqın və tədqiqatçı Pak Yusunq “ABC News”a deyib: "Əsgərlər əsir düşsələr və düşmənə məlumat versələr, onların ailələri cəzalandırılacaq, siyasi həbs düşərgəsinə göndəriləcək və ya açıq şəkildə edam ediləcək".

2019-cu ildə Cənubi Koreyaya qaçan Ryu Seonq-hyeon, nəticədə az sayda Şimali Koreya əsgərinin əsir düşdüyünü söyləyib.

Seonq-hyeon deyib: "Əsgərlərin çoxu düşmən tərəfindən öldürülməzdən əvvəl özlərini öldürürlər, tutulmaq ən böyük ayıbdır". Cənubi Koreya kəşfiyyatı da bunu təkrarlayaraq, Şimali Koreyanın diri tutulmamaq üçün əsgərlərinə özlərini öldürmə əmri verdiyini iddia edib.

Şimali Koreya lideri Kim Çen İn ötən ilin noyabrında Moskvanın itkilərinin artmaqda davam etdiyi bir vaxtda Rusiya oordusuna qoşulmaq üçün 11 mindən çox əsgər göndərib.

Fevralın əvvəlində Ukrayna və Amerika rəsmiləri Şimali Koreya qoşunlarının itkilərə görə cəbhədən çıxarıldığını bildirsə də, bir neçə gün sonra Cənubi Koreya kəşfiyyatı Rusiyanın Kursk bölgəsinə əlavə qoşunların göndərildiyini iddia edib.

Prezident Vladimir Zelenski yanvar ayında Ukrayna qüvvələrinin ilk dəfə iki Şimali Koreya əsgərini sağ-salamat əsir götürdüyünü bildirib. Cənubi Koreya kəşfiyyatının məlumatına görə, bu iki əsgər Şimali Koreyanın kəşfiyyat bürosunda işləyirmiş.

Əsir götürüldükdən sonra Kiyevin yaydığı təxminən 3 dəqiqəlik videoda əsgərlərdən birinin evə getmək istəyib-istəmədiyini soruşduqda Ukraynada qalmaq istədiyini bildirdiyi bildirilir. Bundan əlavə, koreyalı tərcüməçi "Ukraynaya qarşı müharibədə iştirak etdiyinizi bilirdinizmi?" soruşanda əsgər başını sağa-sola yelləyərək cavab verib.

Kiyevin məlumatına görə, 2025-ci il yanvarın əvvəlinə qədər Rusiyada 3 mindən çox Şimali Koreya əsgəri yaralanıb və ya öldürülüb.

Cənubi Koreya kəşfiyyatının döyüş videosunun təhlili bu itkiləri Şimali Koreya əsgərlərinin “müasir müharibə təcrübəsinin olmaması” və onların uzaq məsafədən dronlara “lazımsız” atəş açması ilə əlaqələndirir.

Избранный
43
hafta.az

1Источники