"Regionlarda hotel çatışmazlığı və eyni zamanda otel qiymətlərinin baha olması, günlük kirayə mənzillərə olan tələbatı daha da artırır".
Bu sözləri Operativ Media-ya əmlak ekspert Ramil Mustafayev bildirib.
________________________________________________________________
Bayram günlərində bölgələrdəki hotellərin qiymətləri
Bayram günlərində ölkədaxili tur qiymətləri
Bakının məşhur restoranlarında 8 mart üçün depozit qiymətləri
_________________________________________________________________
Onun sözlərinə görə, qeyri-iş günlərində rayonlarda kirayə mənzillərə olan tələbat qiymətə təsir göstərir:
“Təbii ki, qeyri-iş günlərində rayonlarda kirayə mənzillərə olan tələbat qiymətə təsir göstərir. Bu faktorlar fərdi yaşayış evlərində turist kimi gecələmək istəyən şəxslərin sayını müsbət təsir edir. Regionlarda, turistik baxımdan əlverişli olan ərazilərdə aparılan tədqiqatlar göstərir ki, son illərdə bu sahə ilə məşğul olan sahibkar və maklerlərin sayında kifayət qədər artım var. Buna görə də mart ayında qeyri-iş günlərinin çoxluğu təbii ki, bu sahədə qiymət artımına təsir göstərəcək”.
Rayonlarda gündəlik mənzil qiymətləri aşağıdakı kimidir. Qiymətlər evin yerləşdiyi ərazi və otaq sayına görə dəyişir:
1 |
Quba |
3-4 otaq 50 – 120-150 AZN |
2 |
Qəbələ |
5-7 -6 otaq 150-170-250-300 AZN |
3 |
Zaqatalar |
3-4 otaq 60-100 AZN |
4 |
İsmayıllı |
3 – 4 otaq 70-130 AZN |
5 |
Qax |
3 otaq-80 AZN 4-5-6 otaq- 100-180 AZN |
6 |
Lerik |
3və 4 otaqlı evlər 120- 140 AZN |
7 |
Şəki |
2-3 otaq 70 – 80 AZN 5 – 6-7 otaq 300 – 350 – 400 AZN |
8 |
Xızı |
2 otaq 80- 130-170( Aframe evlər) |
9 |
Xaçmaz Nabran şəhəri |
2 -3 otaq 80-100-150AZN |
Ekspert Elnur Azadov isə bildirib ki, qeyri-iş günləri daha uzun olduğu zaman ölkəmizdə daxili turizm aktivləşir: “Əsasən Bakı, Gəncə, Sumqayıt kimi şəhərlərdən bəzi turizm zonalarına səyahət edilir. Bu zonalar isə əsasən Qəbələ, İsmayıllı və Quba istiqamətindədir. Buna görə də gündəlik kirayə evlərin qiymətləri məhz bu zonalarda digərlərinə nisbətən daha baha olur. Qiymətlər qeyri-iş günləri və bayram tətillərində 30, 40, bəzən isə 50 faiz artır. Tələb çox olduğundan orta qiymətlər 30-50 faiz arası dəyişir. Lənkəran, Masallı, Astara və Bakıdan daha uzaq olan rayonlarda daha ucuz gündəlik kirayə mənzillər mövcuddur”.