RU

"Barselona" altı ildən sonra 1/8 finalda ilk dəfə qapısını toxunulmaz saxlayıb

İspaniyanın "Barselona" klubu altı ildən sonra UEFA Çempionlar Liqasının 1/8 finalında ilk dəfə qapısını toxunulmaz saxlayıb...

"Report" "Barca Universal"a istinadən xəbər verir ki, bu, Portuqaliyanın "Benfika" klubuna qarşı 1/8 finalın ilk matçda reallaşıb.

Sonuncu dəfə 2019-cu ildə "Liverpul"la (İngiltərə) 1/8 final mərhələsinin ilk matçında qapısını toxunulmaz saxlayan (3:0) "Barselona" cavab görüşündə İngiltərə təmsilçisindən 4 cavabsız qol buraxmışdı.

Qeyd edək ki, Lissabonda baş tutan görüş "Barselona"nın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 61-ci dəqiqədə Rafinya rəqib qapısından keçirib. Komandalar arasında cavab qarşılaşması martın 11-də baş tutacaq.

Poliqon.info 

Избранный
22
3
poliqon.info

4Источники