RU

Axtarışa verilən meyxanaçıdan xəbər var: “10 ildən çoxdur ki...”

“Vahid Qədim artıq 10 ildən çoxdur Rusiyada yaşayır. Mən onunla Rusiyada görüşmüşəm. Amma konkret hansı şəhərdə olduğunu deyə bilmərəm. O şəhərdən bu şəhərə gedir. Hara dəvət gəldi orada qalır. Vəziyyəti də, səhhəti də yaxşıdır. Deyirlər ki, guya axtarışa verilib. Bu haqda məlumatım olmadığı üçün heç bir söz deyə bilmərəm. Nəsə bir problemi varsa da o mənlik deyil. Bizim bu haqda heç bir danışığımız, söhbətimiz də olmayıb”

Publika.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında müğənni Samirə Yusifqızı deyib. O daha sonra əlavə edib:

“Rusiyaya ancaq pul qazanmaq üçün gedirlər. Orada fəaliyyət, sənət göstərmək heç kimə lazım deyil. Bizim oradakı fəaliyyətimiz kimə lazımdır ki? Düzdür, var orada bəzi yerlərdə studiya falan. Amma bizim sənətimizi Azərbaycanda tanıyırlar. Vahid Qədim də məcburiyyətdən oradadır. Ona görə də məclislərə gedib pulunu qazanır. Həyatdır da. Hər kəs başını bir cür saxlayır. Hamımız o gündəyik də. Çörək pulundan ötrü çöllərə düşmüşük. Vahid Qədimin özünəməxsus tərzi var idi. Əlbəttə ki, yeri görünür” deyə müğənni bildirib.

Samirə Yusifqızı bildirib ki, meyxana aləmində hər kəsin öz yeri var:

Избранный
131
11
publika.az

10Источники