Ukraynanın İvano-Frankovsk vilayətindəki ərazi komplektləşdirmə mərkəzinin rəisi vəzifəsini müvəqqəti icra edən hərbi komissar Rusiya vətəndaşını səfərbər edib. Buna görə o məhkəmə tərəfindən cərimələnib.
Herbiand.az bildirir ki, bu barədə “STRANA.ua” yazıb.
Məlumata görə, Vitali adlı hərbi komissar vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilinib. İnzibati xətaya görə polkovnik-leytenant 17 min qriven (411,6 dollar) məbləğində cərimələnib.
Hərbi komissar həmin vətəndaşın əcnəbi olduğunu bilib. Əsasnaməyə görə isə belə şəxslər Ukrayna Silahlı Qüvvələrinə çağırılmır.
Bəxtiyar CƏFƏRLİ