RU

Gəncədə doğuş zamanı ana və körpəsi öldü - Yenilənib

Gəncədə 41 yaşlı qadın doğuş zamanı ölüb.

“Qafqazinfo”nun məlumatına görə, şəhər sakini 1984-cü il təvəllüdlü Z.Yusifova hamiləliyinin 30-cu həftəsində Gəncə şəhərində yerləşən xəstəxanaların birində doğuş zamanı keçinib.

Həmçinin ana bətnində olan uşaq da ölüb. 

Faktla bağlı araşdırma aparılır.

***

Hadisə ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, martın 6-sı saat 05:00 radələrində 1984-cü il təvəllüdlü şəxs ailə üzvləri tərəfindən Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya aqonal vəziyyətdə hospitalizasiya olunub.

30 həftəlik hamiləlik, dəqiqləşdirilməmiş tromboemboliya diaqnozları təyin edilən şəxsin reanimasiyon tədbirlərə baxmayaraq, ölüm faktı qeydə alınıb.

Yunis Quliyev

Избранный
134
10
qafqazinfo.az

10Источники