RU

Ermənistanın KTMT oyunu: Son nöqtə qoyuldu

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) İrəvanla işgüzar əlaqələri davam etdirir”.

Turkustan.az xəbər verir ki, bunu KTMT-nin Baş katibi İmanqali Tasmaqambetov “İzvestiya” qəzetinə müsahibəsində deyib.

O bildirib ki, təşkilat Ermənistanın qarşısında götürdüyü öhdəlikləri yerinə yetirir:

“Bir daha qeyd etmək istəyirəm ki, Ermənistan Respublikası müttəfiq olaraq qalır. Yəni münasibətlərin formatı dəyişməyib”.

Qeyd edək ki, Ermənistan 2024-cü ilin fevralında KTMT-də iştirakını dayandırıb, strukturu maliyyələşdirməkdən imtina edib. Həmçinin hərbi təlimlərdə və görüşlərdə iştirak etmir. Lakin KTMT-dən çıxmaq prosesinə təşəbbüs göstərməyib. /globalinfo.az/

Избранный
53
1
turkustan.az

2Источники