RU

Məşhur şadlıq evində mənşəyi məlum olmayan məhsullar aşkarlandı (FOTO)

Bakı. Trend:

“Sərin” şadlıq evində mənşəyi məlum olmayan məhsullaraşkarlandı.

Trend xəbər verir ki, bu barədə Azərbaycan QidaTəhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, Nizami rayonu, Babək prospekti 76 ünvanındafəaliyyət göstərən, fiziki şəxs Dadaşov Eldar Ağa Zəki oğlunaməxsus “Sərin” şadlıq evində AQTA əməkdaşları yoxlama keçirib.

"Baxış zamanı obyektdə sanitar-texniki və sanitar-gigiyeniktələblərin pozulduğu, temperatur rejiminə əməl edilmədiyi, həmçininmənşəyi məlum olmayan heyvan mənşəli məhsulların istehlaka təqdimedildiyi aşkarlanıb. Emal edilmiş məhsullardan və ətlərdənnümunələr götürülərək laborator müayinələrə cəlb olunub.
Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilməkləqanunvericiliyə uyğun zəruri tədbirlər görülüb.

Araşdırmalar davam etdirilir",- deyə məlumatda qeyd edilib.

Məşhur
Məşhur
Məşhur
Məşhur
Məşhur
Məqalədə:
Избранный
39
49
az.trend.az

10Источники