RU

Ukraynalı deputatlar 14 yaşından hərbi xidmətə qeydiyyat məsələsini saxta adlandırıb

Bəzi Ukrayna KİV-ləri Ali Radanın yeniyetmələrin 14 yaşından hərbi xidmətə qeydiyyata alınmasını təklif etdiyi barədə məlumat yayıb. Lakin bir neçə deputat bu məlumatı dərhal təkzib ediblər.

Ukraynanın xalq deputatı Aleksandr Fedienko bəyan edib ki, 14 yaşından hərbi qeydiyyat haqqında qanun layihəsi ilə bağlı məlumatlar hətta hüquqi baxımdan da saxtadır: “Dostlar, düşmən indi bizi daxildən sarsıtmağa çalışacaq. Ona görə də həmişə məlumatı yoxlayın. Amma ola bilsin ki, bu, bir deputatın təklifidir... Bu, elə təklif olaraq qalacaq”.

Radanın 14 yaşından gənclərin hərbi xidmətə qeydiyyata alınmasını təklif etməsi ilə bağlı bəyanat Maksim Savrasova aid edilib. Lakin o, belə müsahibə verməsi ilə bağlı yayılan xəbərləri təkzib edib.

“Xalqın xidmətçisi”nin sədri David Araxamiya bildirib ki, onun fraksiyasının belə təşəbbüsdən xəbəri yoxdur: “Əgər “Avropa Həmrəyliyi” fraksiyası həqiqətən belə bir qanun layihəsi üzərində işləyirsə, o zaman sizi əmin edə bilərəm ki, biz bunu heç vaxt dəstəkləməyəcəyik və heç bir halda ona səs verməyəcəyik”.

Bəxtiyar CƏFƏRLİ

Избранный
67
herbiand.az

1Источники