RU

Unibank-da növbədənkənar yığıncaq keçiriləcək - MÜZAKİRƏ EDİLƏCƏK MƏSƏLƏLƏR AÇIQLANIB

04 aprel 2025-ci il tarixində “Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyət Səhmdarların növbədənkənar Ümumi Yığıncağı keçiriləcək.

Marja.az "Unibank” Kommersiya Bankı” ASC-nin İdarə Heyətinin bildirişinə istinadən xəbər verir ki, Yığıncaqda aşağıdakı məsələlərin müzakirəsi nəzərdə tutulmuşdur:

1. “Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyətinin təşkilati, o cümlədən idarəetmə orqanlarına dair məsələlərin müzakirəsi.

2. “Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyətinin 2024-cü il üzrə maliyyə nəticələrinin və mənfəətinin bölüşdürülməsinə dair məsələlərin müzakirəsi.

Səhmdarlar yığıncağın gündəliyində nəzərdə tutulmuş məsələlər üzrə materiallarla Bankın Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 55 ünvanında yerləşən Baş Ofisində, Təşkilati işlər və katiblik şöbəsi ilə əlaqə saxlamaqla tanış ola bilərlər.

Yığıncaq Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 55 ünvanında yerləşən Bankın Baş Ofisində, “Zoom” proqram təminatı vasitəsilə məsafədən keçiriləcəkdir.

Избранный
9
3
marja.az

4Источники