RU

Baş katib: Ermənistan KTMT ilə əməkdaşlığın bərpası barədə siqnal verməyib

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə münasibətlərinin formatı dəyişməz olaraq qalır. İrəvan tərəfindən əməkdaşlığın bərpasına hazır olması barədə heç bir siqnal daxil olmayıb.

“Report” xəbər verir ki, bu barədə təşkilatın baş katibi İmanqali Tasmaqambetov "İzvestiya" qəzetinə müsahibəsində bildirib.

"Biz İrəvanla işgüzar əlaqələri saxlayırıq. Bir daha vurğulayıram ki, Ermənistan Respublikası müttəfiq olaraq qalır, təşkilatın ölkəyə qarşı öhdəlikləri qalır. KTMT ilə əməkdaşlığın bərpasına hazır olmaqla bağlı siqnallara gəlincə, münasibətlərin formatı dəyişməyib və əvvəlki kimi qalır", - o bildirib.

Избранный
19
report.az

1Источники