RU

Qənirə Paşayeva Memorialı - blitsdə Nurgül Səlimova qalib olub

Bolqarıstan şahmatçısı Nurgül Səlimova Bakıda Qənirə Paşayeva Memorialında blits turnirinin qalibi olub.

İdman.biz xəbər verir ki, o, 18 mümkün xaldan 14 xal toplayıb.

Dünya kubokunun gümüş mükafatçısı və İddiaçılar turnirinin iştirakçısı ən yaxın izləyiciləri - Azərbaycan şahmatçıları Türkan Məmmədyarova, Gövhər Beydullayeva və Xanım Balacayevanı dörd xal qabaqlayıb. Əlavə göstəricilərə görə, Məmmədyarova 2-ci, Beydullayeva isə 3-cü yeri tutublar.

Qeyd edək ki, ümumilikdə yarışda 10 şahmatçı çıxış edib ki, onların arasında Özbəkistan, Qazaxıstan və Türkiyə təmsilçiləri də olub.

İdman.biz

Избранный
16
idman.biz

1Источники