RU

Virts "Mançester Siti"yə keçir? - agenti açıqladı

"Bayer"in yarımmüdafiəçisi Florian Virtsin maraqlarını təmsil edən futbolçu agenti Covanni Brançini "Mançester Siti"nin futbolçu ilə maraqlanmasından danışıb.

90deqiqe.Az "Sport Witness"ə istinadən xəbər verir ki, futbolçunun nümayəndəsi İngiltərənin top-klubu ilə danışıqların aparılması xəbərini yalan adlandırıb və heç bir danışıqların aparılmadığını bildirib.

Almaniya millisinin üzvü 2020-ci ilin yayından Leverkuzen komandasında oynayır. Tərəflər arasında mövcud müqavilə 2027-ci ilin iyunun sonunda başa çatır. Transfermarkt-ın məlumatına görə, yarımmüdafiəçinin bazar dəyəri 140 milyon avrodur. Florian bu mövsüm Bundesliqada 24 oyun keçirib, 9 qol vurub və on məhsuldar ötürmə edib.

Избранный
21
90deqiqe.az

1Источники