RU

Almaniya müdafiə və infrastruktura 1 trilyon avro vəsait ayırmaq niyyətindədir

Almaniyanın növbəti hökumətini qurması gözlənilən iki siyasi partiyası ölkənin konstitusion borclanma məhdudiyyətlərini yumşaltmaq, müdafiə və infrastruktura 1 trilyon avro xərcləməyə icazə vermək barədə razılığa gəliblər.

Herbiand.az bildirir ki, bu barədə Associated Press xəbər verib.

Borc hədləri 2009-cu ildə qlobal maliyyə böhranı Almaniyada və bütün dünyada dövlət borclarının kəskin artmasına səbəb olanda tətbiq edilib.

Qeyd edək ki, Almaniya artıq Ukraynanın aparıcı təchizatçısıdır. İndiyə qədər 60 Leopard tankı, 175 Marder piyada döyüş maşını, 27 hava hücumundan müdafiə sistemi, o cümlədən üç Amerika istehsalı olan “Patriot” raket batareyası və digər hərbi sursatlar və avadanlıqlar göndərilib.

Bəxtiyar CƏFƏRLİ

Избранный
67
herbiand.az

1Источники