RU

Maya qədər yeni allergiya peyvəndi istifadəyə veriləcək


SINAQLARININ 2-Cİ MƏRHƏLƏSİ BAŞA ÇATIB

Allergiya əleyhinə peyvəndin klinik sınaqların ikinci mərhələsi də uğurla başa çatıb. Bu barədə Rusiya Federal Tibbi-Biologiya Agentliyinin İmmunologiya İnstitutunun baş həkimi, tibb elmləri doktoru, professor Nataliya İlina bildirib.
Professor bildirib ki, peyvənd terapiyası ilk ilində yalnız 3-5 inyeksiya və növbəti ağcaqayın çiçəkləmə mövsümünə qədər 1-2 inyeksiya etməklə allergiyadan tam qoruyacaqdır. Xaricdən gətirilən dərmanlarla müalicə zamanı ən azı 30 iynə vurulur, deyə İlina bildirib. .
Tərtibatçılar dərmanın həm ağcaqayın poleninə, həm də almaya olan çarpaz qida allergiyalarında efffektiv olduğunu xüsusilə vurğulayır.
Preparatın bu ilin may ayına qədər ictimaiyyətin istifadəsinə veriləcəyi planlaşdırılır.

Избранный
25
medicalmedia.az

1Источники