RU

Səhiyyə məlumatlarının vahid landşaftda birləşdirilməsi başlıca prioritetlərdəndir - SN

Bakı. Trend:

Səhiyyə Nazirliyi Rəqəmsal Səhiyyə Mərkəzinin baş direktoruCəbrayıl Əsəd-zadə Nazirliyin rəsmi saytına müsahibə verib.

Trendhəmin müsahibəni təqdim edir:

- Cəbrayıl müəllim, rəhbərlik etdiyiniz “Səhiyyəninİnformasiyalaşdırılması Mərkəzi” yenilənərək, “Rəqəmsal SəhiyyəMərkəzi” adı ilə fəaliyyət göstərməsi qərarı hansı zərurətdənyarandı və bu dəyişiklik nə kimi perspektivlər vəd edir?

- Qeyd etmək istəyərdim ki, mərkəzin adının dəyişdirilməsi təkcəsimvolik xarakter daşımır, eyni zamanda qarşıya qoyulan daha genişstrateji hədəflərin təzahürüdür.Ümumiyyətlə, səhiyyə məlumatlarınınkağız daşıyıcılardan elektron formata keçirilməsi prosesləriPrezident İlham Əliyev tərəfindən təsdiqlənmiş "AzərbaycanRespublikasının inkişafı naminə informasiya və kommunikasiyatexnologiyaları üzrə Milli Strategiya"nın (2003 - 2012-ci illər)"icrası məqsədilə 2005-2012-ci illəri əhatə edən və uğurla həyatakeçirilmiş Dövlət Proqramları çərçivəsində başlanılıb. 2006-cıildən etibarən “Vətəndaşların elektron sağlamlıq kartı”, “Tibbimüayinə kartı”, “Nümunəvi tibbi informasiya sistemləri” yaradıldıvə tibb müəssisələrində tətbiq edilib.

Səhiyyənin elektronlaşdırılması sahəsində artan hədəflərinvaxtında və daha yüksək peşəkarlıqla qarşılanması, elektronlaşdırmaproseslərinə nəzarət mexanizminin gücləndirilməsi məqsədilə busahədə ixtisaslaşan qurumun yaradılması aktuallaşdı. Nəticədə,2010-cu ildə Səhiyyə Nazirliyinin müvafiq əmri ilə “Səhiyyəninİnformasiyalaşdırılması Mərkəzi“ yaradılıb. Həmin dövrdə səhiyyəsahəsinin elektronlaşdırılması prosesləri daha da sürətləndi.Dövrün tələblərinə uyğun olaraq, 20-dən çox tibbi elektron reyestr,40-dan çox elektron xidmət, “Kadrların avtomatlaşdırılmış uçot”,“Yoluxucu xəstəliklərin elektron müşahidə”, “Vahid qan bankı”,“Təcili tibbi yardım stansiyasının dispetçer xidmətinin sistemləri”kimi ölkədə səhiyyə sahəsinin inkişafında müstəsna rol oynayanlayihələr reallaşdırılıb.
Səhiyyə məlumatlarının vahid sistemdə toplanması məqsədilə bütünsistemlərin “Vahid Səhiyyə İnformasiya Sistemi (VSİS)”ndə 2012-ciildə birləşməsi həyata keçirilib. Son illər həyata keçirilən mühümrəqəmsallaşma prosesləri nəticəsində Rəqəmsal resept, Dərmanvasitələrinin dövriyyəsinin təqib və izləmə, e-Epikriz, e-Bülletenkimi yeni sistemlər VSİS çərçivəsində yaradılıb.
Hazırda ölkəmizdə rəqəmsallaşmanın sürətlə elektronlaşmanı əvəzetməsi səhiyyə sahəsinidə də öz əksini tapıb. Səhiyyəninrəqəmsallaşdırılması istiqamətində başlıca prioritetlər səhiyyəməlumatlarının rəqəmsallaşaraq vahid landşaftda birləşdirilməsi, buməlumatlara rahat interfeyslər vasitəsilə, vətəndaşların və tibbişçilərinin əlçatalığının təmin edilməsi, səhiyyə sahəsindəqərarverici orqanların dəqiq analitik və statistik məlumat əldəetməsi, dövlət qurumlarının göstərdiyi xidmətlərdə və fəaliyyətindətələb olan tibbi məlumatların əldə edilməsi kimi məqsədlərin həyatakeçirilməsndən ibarətdir. Səhiyyənin rəqəmsallaşması sahəsindənormativ hüquqi bazanın təkmilləşdirilməsi, bütün dünyada aktualolan kibertəhdidlərin qarşısının alınması, idarəçiliyineffektivliyinin artırılması qarşıda duran vacib vəzifələrdir.
Qeyd edilən məqsəd və vəzifələri uğurla icra etmək məqsədi iləAzərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiya Qərarı ilə"Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi"nin adı dəyişdirilərək"Rəqəmsal Səhiyyə Mərkəzi" adlandırıldı və müasir çağırışlara cavabverən Nizamnaməsi təsdiq edilidi. Mərkəzin strukturunun, fəaliyyətistiqamətlərinin, kadr potensialının müasir çağırışlara uyğunformalaşdırılması, rəqəmsal texnologiyalar üzrə ixtisaslaşmışkadrların işə cəlb edilməsi prosesi artıq başlanıb. Mərkəzinfəaliyyəti ölkədə səhiyyə sahəsinin rəqəmsallaşmasına mühüm töhvəverəcəyinə inanırıq.

- Səhiyyənin rəqəmsallaşmasının gələcəyi ilə bağlı hədəfiniznədir və Rəqəmsal Səhiyyə Mərkəzi bu hədəfə çatmaq üçün necə töhfəverə bilər?

- Səhiyyənin rəqəmsallaşması üzrə hədəflər bütün dünyadaoxşardır və gələcək perspektivlər olduqca ümidvericidir. Rəqəmsaltexnologiyaların inkişafı səhiyyə xidmətlərinə və məlumatlarınaçıxışın yaxşılaşdırılmasında böyük rol oynayır. Teletibb vəelektron sağlamlıq qeydləri kimi rəqəmsal vasitələrin tətbiqixəstənin sağlamlığının diaqnozunu, müalicəsini və monitorinqiniyaxşılaşdıra bilər. Səhiyyə məlumatlarının vahid landşaftdabirləşdirilməsi və təhlili ictimai sağlamlığı yaxşılaşdırmaq vəsəhiyyə müəssisələrinin fəaliyyətini optimallaşdırmaq üçünəsaslandırılan qərarlar qəbul etməyə kömək edəcək. Səhiyyəxidmətlərinin sürətinin, dəqiqliyinin və əlçatanlığının artırılmasıüçün rəqəmsal həllərin tətbiqi qarşıda duran ən prioritetməsələlərdən biridir. Hazırda Rəqəmsal transformasiya çərçivəsindəprioritet istiqamətlər Tibbi Rəqəmsal Əkiz Sisteminin yaradılması,Rəqəmsal səhiyyə standartlarının və təsnifatlarının tətbiqi, tibbiməlumatların vahid informasiya məkanının formalaşması, sadə və asananlaşılan elektron xidmətlərin tətbiqidir. Mərkəzin bütünfəaliyyəti bu hədəflərə çatmağa yönəlib.

- Səhiyyənin rəqəmsallaşmasında gələcək illərdə ən böyük təsirəmalik olacaq yeni texnologiyalar (məsələn, süni intellekt,blokçeyn, əşyaların interneti) hansılardır? Mərkəzin rəqəmsalsağlamlıq həllərinin inkişaf edən texnologiyalar və səhiyyəehtiyaclarına uyğun olmasını təmin etmək üçün hansı strategiyalarhazırlanır?

- Rəqəmsal səhiyyə innovasiyaları pasiyentlərə göstərilənxidmətlərin həm keyfiyyətini, həm də əlçatanlığını əhəmiyyətlidərəcədə yaxşılaşdırır. Bu texnologiyalar həkimlərin işiniavtomatlaşdırmaqla yanaşı, pasiyentlərin vaxt və məsafə baxımındanməhdudiyyətlərini aradan qaldırır. Məsələn, teletibbtexnologiyasının tətbiqi ucqar ərazilərdə yaşayan vətəndaşlarakeyfiyyətli tibbi məsləhətlər almaq imkanı yaradır. Süniintellektin tətbiqi xəstəliklərin erkən diaqnostikası və müalicəprosesini sürətləndirir. Süni intellekt əsaslı sistemlər böyükhəcmdə tibbi məlumatları avtomatik emal edərək, tibbi personalın işyükünü azaldır. Təbii dil emalı (Natural Language Processing, NLP)texnologiyaları həkim qeydlərini avtomatik analiz edibstrukturlaşdırır. Süni intellekt pasiyent məlumatlarını analizedərək, fərdi müalicə planları hazırlayır. Genetik analizlərəəsaslanaraq xəstəliklərə qarşı fərdi risk səviyyəsiniqiymətləndirir və preventiv tədbirlər təklif edir.
Süni intellekt radiologiya sahəsində də xüsusi əhəmiyyət kəsb edir.Rentgen, MRT və KT görüntülərini analiz edərək, həkimlərə dahasürətli və dəqiq diaqnoz qoymağa kömək edir. Məsələn, dərin öyrənmə(deep learning) modelləri xərçəngin erkən mərhələlərdəaşkarlanmasına kömək edə bilər.
“Tibbi əşyaların interneti” vasitəsilə müxtəlif cihazlar vasitəsilətibbi məlumatların toplanması və sağlamlığın monitorinqi prosesiniheç zaman əvvəllər görünməyən səviyyəyə qaldırır.
Tibbi Rəqəmsal Əkiz Sistemi (TRƏS) vətəndaşların müxtəlif tibbmüəssisələrinə müraciətlərinin, müalicələrinin, laboratormüayinələrinin, müxtəlif formatda qeyd edilən radiolojimüayinələrinin, peyvəndlərinin, reseptlərinin məlumatlarını əhatəedir. Bu layihənin həyata keçirilməsi həkimlərə vətəndaşınsağlamlığı haqqında tam dolğun məlumat almağa, daha dəqiq vəoperativ diaqnoz qoymaqla düzgün müalicə təyin etməyə, tibbixidmətlərin keyfiyyətini yüksəltməyə imkan verəcək.
Səhiyyə sahəsinin strateji hədəflərinə çatmaqda bu sistemlərintətbiqi çevikliyi artıracaq və elmi-tibbi araşdırmalar üçün genişməlumat bazası formalaşdıracaq.

- Rəqəmsal səhiyyə həllərinin həm xəstələr, həm də səhiyyəişçiləri üçün əlçatan və istifadəçi dostu olmasını necə təminedilir?

- Vətəndaşların rəqəmsal səhiyyə həllərindən daha geniş vəeffektiv istifadə etməsi üçün sadə və intuitiv platformalarınyaradılması əsas prioritetdir. İstifadəçilər üçün “ElektronSəhiyyə” və “Reseptim” mobil tətbiqləri istifadəyə verilib. Buistifadəçi dostu mobil tətbiqlər vətəndaşlara səhiyyə xidmətlərinidaha əlçatan etmək məqsədi güdür. “Elektron səhiyyə” mobil tətbiqivasitəsilə vətəndaşlar, tibb işçiləri, sahəvi biznes fəaliyyəti iləməşğul olan hüquqi və fiziki şəxslər Səhiyyə Nazirliyinin təqdimetdiyi elektron xidmətlərdən faydalana bilirlər.
Bununla yanaşı, vətəndaşların maarifləndirilməsi məqsədiləvebinarlar, təlimlər təşkil edilir və sosial media üzərindənməlumatlandırıcı məzmunlar paylaşılır. Xüsusilə, səhiyyə sahəsindəixtisaslaşmış “Sağlam Radio” 93.0 FM vasitəsilə rəqəmsal yeniliklərhaqqında da məlumatlar mütəmadi olaraq ictimaiyyətə çatdırılır.

- Səhiyyə rəqəmsallaşmasında məlumat pozuntuları və yakibertəhlükəsizlik təhdidləri ilə bağlı risklər necə idarəolunur?

- Hazırda rəqəmsal səhiyyədə ən aktual məsələlərdən biri,məlumatların təhlükəsizliyi və məxfiliyinin qorunmasıdır. Eynizamanda, rəqəmsal səhiyyə həllərinin əlçatan olması da vacibdir. Buməsələlərə yanaşarkən, biz texnoloji tərəqqini nəzərə alaraq həmhüquqi, həm də sosial aspektləri diqqətlə qiymətləndiririk.
Şəxsi məlumatların məxfiliyi və təhlükəsizliyinin təmin edilməsibizim üçün ən yüksək prioritetdir. Bunun üçün “Rəqəmsal SəhiyyəMərkəzi”ndə xüsusi “Kibertəhlükəsizlik Şöbəsi” yaradılıb. Buradamüasir kibertəhlükəsizlik alətləri və xidmətlərindən istifadəedilir. Bu alətlər və xidmətlər yalnız informasiya təhlükəsizliyinitəmin etməklə yanaşı, həm də məlumatların məxfiliyini, bütövlüyünüvə əlçatanlığını qorumağa yönəldilib. Məlumatların təhlükəsizliyinitəmin etmək üçün şifrələmə texnologiyaları, çoxfaktorluautentifikasiya və məlumatların saxlanılması ilə bağlı beynəlxalqtəhlükəsizlik standartlarına uyğun tədbirlər görülür. Mövcudinfrastrukturun qorunması, müxtəlif təhdid modellərinin analizi,gələcəkdə yarana biləcək potensial risklərin qarşısının alınmasınıüçün tədbirlər həyata keçirilir. Bundan əlavə, sistemlərdə mütəmadiolaraq təhlükəsizlik auditi aparılır və yalnız icazəli şəxslərinməlumatlara çıxışı təmin edilir.

- Səhiyyə sisteminin rəqəmsallaşmasında qurumun hansı əsastərəfdaşlıqlarını qeyd etmək istərdiniz? Bu əməkdaşlıqların uğurqazanması üçün hansı addımlar atılır?

- Səhiyyənin rəqəmsallaşmasında dövlət qurumları, texnolojişirkətlər və beynəlxalq səhiyyə təşkilatları ilə sıx əməkdaşlıqedirik. Qanunvericiliyə uyğun olaraq məlumatların “MyGov” rəqəmsalhökumət platformasına inteqrasiyası mərhələli şəkildə davametdirilir.
Hazırda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İcbari TibbiSığorta üzrə Dövlət Agentliyi və TƏBİB ilə “Səhiyyə sahəsininrəqəmsallaşdırılması üzrə Yol Xəritəsi” hazırlanıb və 2024-cü ilinsentyabrdan həyata keçirilir. Sistemlərdə mövcud olan məlumatlarındürüstləşdirilməsi, sistemlər arasında inteqrasiya, məlumatlarınpaylaşılmasını və əlaqələndirilməsi üzrə tədbirlər icra edlir. Busahədə qarşılaşdığımız ən böyük çətinliklər, məlumatlarınstandartlaşdırılması və müxtəlif platformalar arasında uyğunluğuntəmin olunmasıdır. Bu işlərin uğurla həyata keçirilməsi üçün bizsistemli yanaşmanı, qarşılıqlı dəstəyi və güclü əlaqələr qurmağıvacib hesab edirik. Nəticə etibarı bu əməkdaşlıq ölkədə səhiyyəxidmətlərinin keyfiyyətinin artırılmasına və əhalinin rifahınınyaxşılaşdırılmasına təkan verəcək.

Məqalədə:
Избранный
8
2
az.trend.az

3Источники