RU

Döyüş təyyarəsi səhvən bomba atdı: Yaralananlar var

Cənubi Koreya Hərbi Hava Qüvvələri KF-16 qırıcısının hərbi təlim zamanı atış məsafəsindən kənara 8 bomba atdığını açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, hadisə Cənubi Koreyanın Şimali Koreya sərhədinə yaxın Poçeon şəhərində baş verib və 7 nəfər yaralanıb.  

Yaralılardan 4-nün vəziyyətinin ağır olduğu bildirilir.

 Mülki əraziyə düşən 8 bombadan yalnız biri partlayıb.

Poçeon səlahiyyətliləri bomba zərərsizləşdirmə qrupunun yeddi partlamamış bombanı təhlükəsiz şəkildə zərərsizləşdirmək üçün işlədiyini və bölgədəki sakinlərin təxliyə olunduğunu bildirib.

Yerli media mənbələrinin məlumatına görə, iki nəfərin boyun və çiyinləri sınıb.

Cənubi Koreya Hərbi Hava Qüvvələrindən verilən açıqlamada KF-16 təyyarəsinin anormal şəkildə 8 MK-82 bombası aldığı bildirilib.

Hadisə ilə bağlı araşdırma başlatdılıb, dəymiş ziyana görə üzr istəniləcək və zərər çəkənlərə təzminat ödəniləcək.

Hadisədə kilsə binası və evlərə də ziyan dəyib.  Yerli mediada yayımlanan görüntülərdə binanın şüşələrinin sındığı və kilsənin damının zədələndiyi görünür.

Müdafiə Nazirliyi bildirib ki, cümə axşamı keçirilən təlim ABŞ qüvvələri ilə birgə olub.

Cənubi Koreya və ABŞ martın 10-dan 20-dək birgə təlimlər keçirməyi planlaşdırır.  Bu təlim ABŞ Prezidenti Donald Trampın Ağ Evə qayıtmasından sonra ilk təlim olacaq.

Избранный
31
cebheinfo.az

1Источники