RU

Xaçaturyan ayda bir dəfə ailəsinə zəng edir

Bakıda cəzasını çəkən Meşəli (Xocalı rayonu) qatili Vaqif Xaçaturyanın qızı Vera Xaçaturyan bildirib ki, atası ayda bir dəfə həbsxanadan evə zəng edir və ailəsi ilə ünsiyyət qurur. O, sonuncu dəfə fevral ayında zəng edərək yaxşı olduğunu deyib.

Bu barədə “Hraparak” məlumat yayıb.

Vera Xaçaturyan əlavə edib: “Mən həqiqətən atamın qayıdacağına ümid edirəm. Mən buna şübhə etmirəm və əminəm”.

Xatırladaq ki, V.Xaçaturyanın iştirakı ilə Qarabağ iqtisadi rayonunda yaşayan, həmçinin Ermənistan Respublikasından gəlmiş millətçi ermənilərdən ibarət yaradılmış, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı hərbi birləşmələrdən ibarət cinayətkar birliyin tərkibində Xocalı (keçmiş Əsgəran rayonu ərazisində) rayonunun Meşəli kəndində yerli azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı, təqib etmə, didərgin salma, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma cinayətləri nəticəsində ümumilikdə 27 nəfər qəsdən öldürülüb, 21 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 2 nəfər kənd sakini girov götürülüb, 81 ailə təsərrüfatından ibarət 340 nəfər daimi yaşayış yerlərindən Azərbaycan Respublikasının digər ərazilərinə didərgin salınıb, kənd sakinlərinə ümumilikdə 13 568 060 manat, dövlətə isə 130 800 manat məbləğində maddi ziyan vurulub.

Vaqif Xaçaturyan 15 il müddətinə azadlıqdan məhrum edilib.

Избранный
39
2
moderator.az

3Источники