RU

Çin hərbi büdcəsini kəskin artıracaq

Qlobal güc mərkəzləri arasında silahlanma yarışı güclənir.

"Cebheinfo.az" xəbər verir ki, Çin hökuməti bu il müdafiə büdcəsini 7,2 faiz artıracağını açıqlayıb.

Təxminən 245 milyard dollara çatan büdcə planı çərşənbə günü Ümumçin Xalq Nümayəndələri Konqresinin illik qanunvericilik sessiyasında təqdim edilib.

ABŞ, Tayvan, Yaponiya və həyati əhəmiyyət kəsb edən Cənubi Çin dənizinə iddia edən digər qonşularla gərginliyin Pekinin nüvə silahları və təyyarədaşıyıcıları da daxil olmaqla qabaqcıl hərbi texnologiyaların inkişafına töhfə verdiyi düşünülür.

Dünyanın ən böyük dəniz donanmasına sahib olan Çin, ən çox hərbi xərc çəkən ölkələr arasında ikinci yerdədir. Hərbi xərclərin ən çox olduğu ölkə ABŞ-dir.

Almaniyanın Xristian Birlik partiyaları CDU-CSU və Sosial Demokrat Partiyası (SPD) arasında davam edən koalisiya danışıqları öncəsi ölkənin infrastruktur və müdafiə xərcləri üçün xüsusi fondun ayrılması ilə bağlı razılıq əldə olunub.

CDU lideri Friedriç Merz, infrastruktur və müdafiə xərclərinin 500 milyard avroluq xüsusi fond sayəsində artacağını açıqladı.

Избранный
26
cebheinfo.az

1Источники