Türkiyənin xarici işlər naziri Hakan Fidan NATO-nun “dağılacağı” təqdirdə Avropa birləşməli və öz güc mərkəzini yaratmalıdır.
O, bu barədə Financial Times qəzetinə müsahibəsində danışıb.
Onun sözlərinə görə, Amerika prezidenti Donald Trampın Avropanın təhlükəsizliyinin təmin edilməsində ABŞ-ın rolunu azaltmaq istəyinə Avropa bu şəkildə cavab verməlidir.
“Bu, bizim hamımız üçün oyanış çağırışıdır və bu o deməkdir ki, biz birləşməli və öz güc mərkəzimizi yaratmalıyıq” dedi.
Fidan Türkiyənin yeni Avropa təhlükəsizlik mərkəzinin bir hissəsi olmağa hazır olduğunu açıqlayıb.
DOĞRU.AZ