1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Dünən axşam saatlarında Sabunçu rayonu Pirşağı qəsəbəsində intihar hadisəsi baş verib.
Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Bakı şəhər sakini 1986-cı il təvəllüdlü Nizami Həsənov qəsəbədəki evində özünü asıb.
Onun hansı səbəbdən intihar etməsi hələlik məlum deyil.
Bildirilir ki, intihar edən Nizami Həsənov əvvəllər prokurorluq orqanlarında müxtəlif vəzifələrdə çalışmış, bir neçə il əvvəl təqaüdə çıxmış prokuror Namiq Həsənovun oğludur.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.