RU

Amerikalı qızın 115 yaşlı tablodakı foto ilə eyni oxşarlığı

ABŞ sakini rusiyalı rəssam Zinaida Serebryakovanın rəsmində özünü tanıyıb.

Herbiand.az bildirir ki, bu barədə New York Post yazıb.

Missisipi ştatından olan 22 yaşlı Rayli Medison Ladner bununla bağlı sosial şəbəkədə məlumat paylaşıb. O yazıb ki, izləyicilərindən biri ona heyrətamiz oxşarlıqlarını deyənə qədər rus sənətçinin adını heç vaxt eşitməyib. Əvvəlcə Rayli mesaja fikir verməyib, lakin bir neçə başqa adam da eyni sözləri yazıb.

Nəhayət, Ladner internetdə Serebryakovanın 1909-cu ildə hazırlanmış həmin tablosun baxıb və öz təəssüratlarını təsvir edib: “Bu, qorxulu və hətta əsəbi idi - çox oxşardır. Mən özüm rəssam olduğum üçün çox maraqlı olduğunu düşündüm. Rəsm o qədər müasir görünür ki, onun 100 ildən çox yaşı olduğunu biləndə çox təəccübləndim”.

Ladnerin əri tablonu görəndə onun da fotodakı kimi köynəyinin olduğunu deyib. Bundan sonra qadın avtoportreti yenidən yaratmaq qərarına gəlib və tablonun qarşısında eyni formada şəkil çəkdirib.

Qadın bildirib ki, indi sənətçi ilə qohum olub-olmadığını öyrənmək üçün DNT testi keçirməyi düşünür.

Bəxtiyar CƏFƏRLİ

Избранный
73
herbiand.az

1Источники