RU

Sumqayıt bələdiyyəsinin sədrinin maraqlı kadr siyasəti... - Video

Sumqayıt bələdiyyəsinin sədri Orxan Adıgözəlzadə nədənsə daha çox kriminal keçmişi olan insanlarla işləməyə üstünlük verir...

Sumqayıt bələdiyyəsinin sədri seçilən Sumqayıt icra başçısının birinci müavini Teymur Səmədovun bibisi nəvəsi Orxan Adıgözəlzadənin hələ ötən dönəmdə sədr vəzifəsini icra edərkən bir çox qanunsuzluqları üzə çıxıb.

Poliqon xəbər verir ki, bu barədə “Alfa.tv” Youtebe kanalı məlumat yyaıb.

Məlumatda qeyd olunur ki, Orxan Adıgözəlzadəhəbs olunaraq ev dustaqlığına və polis nəzarətinə buraxılmış Şıxəli Abbasovu əmr verərək Sumqayıt bələdiyyəsi təşkilat şöbəsinin müdiri vəzifəsinə təyin edib.

Bundan əlavə 2023 cü ilin yanvar ayında Aygün Məhərrəmova adlı şəxsi ali təhsil diplomu olmadan Sumqayıt bələdiyyəsi ümumi şöbə müdiri təyin edib. Bu xanım 2022 ci ildə Quba şəhərində universitetə əyani formada daxil olub və iş yeri Sumqayıt bələdiyyəsi, təhsil ocağı isə Quba şəhərində yerləşib. İşin üstü açıldıqda isə Aygün Məhərrəmova tez universitetini dəyişib və əyanidən qiyabi təhsilə keçib.

Vüqar Sərdaroğlu (Məmmədov) isə 2023 cü ilin axırlarında Orxan Adıgözəlzadənin əmri ilə Sumqayıt bələdiyyəsinin vahid vergilər mərkəzinin baş müfəttiş vəzifəsinə təyin olunub. Halbuki, Vüqar adlı şəxsin polis paltarı geyinərək maşınları saxlayaraq pul tələb etməsi haqda video görüntülər var. Bu hadisə 2014 cü ildə baş verib.

Kanal qeyd edir ki, Orxan Adıgözəlzadənin sinif yoldaşı və məhlə uşağı Araz Muradzadə və tələbə yoldaşı Anar Əliyev Sumqayıt şəhər ərazisində gedən qanunsuz tikintilərə nəzarət edərək vətəndaşlardan rüşvət tələb edirlər.

Poliqon.info

Избранный
6
poliqon.info

1Источники