RU

Makron əbədi olaraq yox olacaq - Dmitri Medvedev

Fransa lideri dünən xalqa müraciətində bildirib ki, Rusiya 2030-cu ilə qədər ordusunu 3 min tank və 300 döyüş təyyarəsi ilə daha da genişləndirməyi, 40 milyard avrodan çox xərcləməyi planlaşdırır. Makron bəyan edib ki, Moskva Avropanın təhlükəsizliyinə təhdid olmaqda davam edir.

News24.az xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev isə sosial şəbəkədə Fransa prezidenti Emmanuel Makronu tənqid edib.

Medvedev Makronun Rusiyanı Avropa üçün təhdid kimi qələmə verməsi ilə bağlı “O, ən geci 14 may 2027-ci ildə əbədi olaraq yoxa çıxacaq və xatırlanılmayacaq” deyib.

Makronun adını “Mikron” kimi yazan Medvedev “Mikronun özü təhlükə yaratmır” deyib.


Günel Məlikzadə

Избранный
17
1
news24.az

2Источники