Qərbi Azərbaycan İcması (QAİ) və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan: Tarixin izi ilə” layihəsi çərçivəsində növbəti məlumatlandırıcı sessiya martın 7-də İmişli şəhərində keçiriləcək.
QHT.az xəbər verir ki, görüşdə gənclərə Qərbi Azərbaycanın tarixi, coğrafiyası, görkəmli şəxsiyyətləri və QAİ-nin fəaliyyəti barədə geniş məlumat veriləcək.