RU

Azərbaycan-Türkiyə: qardaşlıq və tərəfdaşlığın sarsılmaz nümunəsi

Bakı. Trend:

Dünən Ankarada İğdır-Naxçıvan qaz kəmərinin videobağlantıformatında açılış mərasimi keçirilib.

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə çıxış edərək deyib:"Naxçıvan qədim Azərbaycan torpağıdır. Ancaq artıq bir əsrdənçoxdur ki, Azərbaycanın əsas hissəsindən ayrılıb. Bunun səbəbiondan ibarətdir ki, Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ildə süqutedəndən beş ay sonra sovet hakimiyyəti Qərbi ZəngəzuruAzərbaycandan ayırıb Ermənistana birləşdirdi və beləliklə,Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvanlaquru bağlantısı pozulub. Bir əsrdən çox davam edən bu ədalətsizlikNaxçıvanda yaşayan bizim soydaşlarımızın həyatına çox mənfi təsirgöstərmişdir. Xüsusilə Birinci Qarabağ savaşı başlayan kimiErmənistan Qarabağı işğal etdi və eyni zamanda, Naxçıvanı blokadayaaldı. Onların planları Naxçıvanı da işğal etmək idi. Ancaq o zamanmənim atam Heydər Əliyev Naxçıvanın rəhbəri kimi buna imkan vermədivə Naxçıvanı qorumaq üçün bütün naxçıvanlılar səfərbər oldular, özdoğma torpaqlarını qorudular və işğalçını yerində oturtdular.

Naxçıvanın o zaman işğal altına düşməməsinin səbəblərindən biridə o idi ki, o zaman Naxçıvanı Türkiyə ilə birləşdirən “Ümid”körpüsü inşa edilmişdir və Türkiyədən gələn yardımlar Naxçıvanınqorunmasına çox önəmli töhfə vermişdir.

Bu gün Türkiyə və Azərbaycan - iki qardaş ölkə nəhəng layihələrreallaşdırır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP kimineft-qaz boru xətləri layihələri nəinki ölkələrimizi birləşdirdi,eyni zamanda, Avrasiyanın enerji xəritəsini dəyişdirdi. Bu günAzərbaycandan Türkiyə ərazisindən gedən qaz bir çox ölkələrinenerji təhlükəsizliyini təmin edir. Keçən il Azərbaycanın qazixracatı 25 milyard kubmetrə çatmışdır. Onun təxminən yarısıTürkiyəyə olan ixracatdır və Türkiyədən başqa da 11 ölkə, onlardan10 Avropa ölkəsi Azərbaycan qazını alaraq öz enerjitəhlükəsizliyini gücləndirir".

Bəli, Qərbi Zəngəzur tarixi baxımdan Azərbaycan ərazisidir vəəsrlər boyu müxtəlif Azərbaycan xanlıqlarının tərkibində olmuş,daha sonra isə Rusiya imperiyasının idarəçiliyinə keçib. 1917-ci ilinqilabından və Rusiya imperiyasının dağılmasından sonra butorpaqlar yeni yaranmış dövlətlər - Azərbaycan Xalq Cümhuriyyəti(AXC) və Ermənistan Respublikası arasında siyasi mübarizəninmərkəzinə çevrildi. XX əsrin əvvəllərindən etibarən erməni millətçitəşkilatları, xüsusilə "Daşnaksütyun" partiyası, azərbaycanlılarınməskunlaşdığı əraziləri, o cümlədən Zəngəzuru zorla ələ keçirməyəçalışırdılar. 1918-1920-ci illərdə bölgədə qanlı toqquşmalar başverdi və nəticədə minlərlə azərbaycanlı qətlə yetirildi və ya özyurd-yuvalarından qovuldu. Azərbaycanın Qərbi Zəngəzuru itirməsininəsas səbəbi bolşeviklərin müdaxiləsi oldu. 1920-1921-ci illərdəsovet hakimiyyəti Cənubi Qafqazda öz geosiyasi məqsədlərinə nailolmaq üçün ərazi dəyişiklikləri siyasətini fəal şəkildə tətbiqetdi.

1918-ci ildə müstəqilliyini elan etdikdən sonra Azərbaycan XalqCümhuriyyəti rəsmi olaraq Zəngəzuru öz ərazisinə daxil etdi. Bubölgə strateji baxımdan mühüm əhəmiyyətə malik idi, çünkiAzərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirirdi. Lakin ermənisilahlı dəstələri, xüsusilə daşnak komandanları Qaregin Njdeninrəhbərliyi altında, Zəngəzurda azərbaycanlı əhaliyə qarşı qanlıqırğınlar törətdi.

1919-1920-ci illərdə bölgədə baş verən kütləvi qırğınlarnəticəsində təkcə Zəngəzurda 10000-dən çox dinc azərbaycanlıöldürüldü, on minlərlə insan isə məcburi şəkildə öz yurdlarını tərketməyə məcbur oldu.

AXC hökuməti bölgəni müdafiə etməyə və erməni qiyamlarınıyatırmağa çalışsa da, beynəlxalq dəstəyin olmaması və daxiliqeyri-sabitlik bu məqsədə nail olmağa mane oldu.

1920-ci ilin aprelində Azərbaycan Sovet qoşunları tərəfindənişğal edildi və ölkədə Azərbaycan Sovet Sosialist Respublikası elanolundu. Bolşeviklər "millətlərarası tənzimləmə" siyasətini bəhanəgətirərək Cənubi Qafqazın sərhədlərini yenidən çəkməyə başladılar.1920-ci ilin iyulunda erməni qüvvələri, Qaregin Njdenin rəhbərliyialtında, Zəngəzurun böyük bir hissəsini ələ keçirdi və nəticədəazərbaycanlılar bölgəni kütləvi şəkildə tərk etməyə məcburoldular.

1920-ci ilin noyabr-dekabr aylarında Qırmızı Ordu Ermənistanı daişğal edərək burada sovet hakimiyyətini qurdu, lakin Qərbi Zəngəzurdaşnak qüvvələrinin nəzarətində qaldı. 1921-ci ilin iyulunda QafqazBürosu (Rusiya Kommunist Partiyası (bolşeviklər)) SerqoOrconikidzenin sədrliyi ilə Qərbi Zəngəzurun Ermənistan SovetSosialist Respublikasına verilməsi barədə qərar qəbul etdi. Buqərarın əsas məqsədi Ermənistan vasitəsilə Sovet Rusiyasını SovetErmənistanı ilə birləşdirən bir dəhliz yaratmaq və AzərbaycanınTürkiyə ilə olan əlaqələrini zəiflətmək idi. Beləliklə, 1920-ciilin 25 noyabrında İosif Stalin başda olmaqla sovet rəhbərliyi buplanı təsdiqlədi və Azərbaycan Qərbi Zəngəzuru Ermənistana verməyəməcbur oldu.

Bu qərarın bir sıra ciddi nəticələri oldu. Birincisi,Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqə kəsildi vəbu, Azərbaycanın ərazi bütövlüyünə ciddi zərbə vurdu. İkincisi,Ermənistan monoetnik dövlətə çevrildi - Qərbi ZəngəzurunErmənistana verilməsindən sonra bölgədəki azərbaycanlı kəndləritamamilə məhv edildi və azərbaycanlı əhali deportasiyaya məruzqaldı. Üçüncüsü, bu süni sərhədlər gələcəkdə Azərbaycan vəErmənistan arasında davamlı münaqişələrin əsasını qoydu.Dördüncüsü, bu dəyişikliklər tarixi və etnik reallıqlara tamamiləzidd idi - 1920-ci ilə qədər Qərbi Zəngəzurda əhalinin əksəriyyətiazərbaycanlılardan ibarət idi, lakin bolşevik siyasəti bölgənindemoqrafik mənzərəsini kökündən dəyişdirdi.

Qərbi Zəngəzurun Ermənistana verilməsi tarixi ədalətprinsiplərinin kobud şəkildə pozulması idi. Bolşeviklərin qərarlarıregion xalqlarının maraqlarına yox, Moskvanın geosiyasihesablamalarına əsaslanırdı. Bu, Cənubi Qafqazın bugünküqeyri-sabitliyinin əsas səbəblərindən biri oldu, çünki sovetdövründə süni şəkildə qəbul edilən ərazi qərarları hələ dəAzərbaycan-Ermənistan münasibətlərinə təsir etməkdə davam edir.Tarixi sənədlər, arxiv materialları və demoqrafik məlumatlar QərbiZəngəzurun Azərbaycanın ayrılmaz bir hissəsi olduğunu təsdiqləyirvə bu ərazilərin Ermənistana verilməsi regionda siyasi zorakılığınbir nümunəsi olub ki, bu da indiyədək öz təsirinigöstərməkdədir.

İndisə tarix yenidən yazılır.

Azərbaycan və Türkiyə enerji sahəsində həyata keçirdiklərinəhəng layihələrlə Avrasiyanın enerji xəritəsini dəyişdirənstrateji tərəfdaşlardır. Birgə neft və qaz nəqli layihələriAvropanın enerji təhlükəsizliyini möhkəmləndirməklə yanaşı, yeniiqtisadi reallıqlar formalaşdırır.

Bu çərçivədə Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri,Bakı-Tbilisi-Ərzurum (BTE) qaz boru xətti və TANAP (Transanadoluqaz boru kəməri) mühüm əhəmiyyətə malikdir. BTC boru kəməri 2006-cıildə istismara verilmiş və uzunluğu 1768 km təşkil edən bu boruxətti Xəzər neftini Türkiyənin Ceyhan limanına nəql edir. BTC-ninfəaliyyəti sayəsində neft ixracı diversifikasiya olunub vəRusiyadan asılılıq azaldılıb.

2023-cü ildə BTC vasitəsilə təxminən 230 milyon barel neft nəqlolunub. BTE qaz boru xətti 2007-ci ildən fəaliyyət göstərir vəuzunluğu 980 km-dir. Bu boru xətti Azərbaycanın təbii qazınıTürkiyə və Avropaya çatdıran Cənub Qaz Dəhlizinin əsaskomponentlərindən biridir.

Onun ötürücülük gücü 20 milyard kubmetr təşkil edir. TANAP isəAzərbaycan qazını Avropaya birbaşa nəql edən əsas infrastrukturlayihəsidir. 2018-ci ildə istifadəyə verilmiş bu boru kəmərininuzunluğu 1850 km-dir və 2023-cü ildə onun vasitəsilə 12 milyardkubmetr qaz nəql olunmuşdur. Bu layihələr sayəsində Azərbaycan vəTürkiyə təkcə iqtisadi güclərini artırmır, həm də Avropanın enerjitəhlükəsizliyinin təmin olunmasında əsas rollardan birini oynayır.TANAP və digər boru kəmərləri Avropa İttifaqının enerjiresurslarını diversifikasiya etməsinə imkan yaradaraq regiondastrateji əhəmiyyətə malikdir.

Azərbaycan qazı Avropanın enerji təhlükəsizliyində mühümamildir.

2023-cü ildə Azərbaycan ümumilikdə 25 milyard kubmetr qaz ixracetmişdir ki, bunun 12 milyard kubmetri (təxminən 50%-i) Türkiyəyəgöndərilmişdir. Bu, Türkiyənin bölgənin ən böyük qaz habınaçevrilməsinə və eyni zamanda Rusiyadan enerji asılılığınıazaltmasına mühüm töhfə verib. Qalan 13 milyard kubmetr qaz isə 11ölkəyə, o cümlədən 10 Avropa dövlətinə ixrac olunub. İtaliyaAzərbaycanın Avropadakı ən iri qaz alıcısıdır – 2023-cü ildəİtaliya Azərbaycan qazının təxminən 10 milyard kubmetrini idxaledib. Yunanıstan və Bolqarıstan isə Azərbaycan qazını TAP(Transadriatik Boru Kəməri) vasitəsilə alır ki, bu boru xəttininillik ötürücülük qabiliyyəti 10 milyard kubmetr təşkil edir. Sonillərdə isə Rumıniya, Macarıstan və Serbiya Azərbaycanın yeni qazidxalçılarına çevriliblər. Proqnozlara əsasən, 2027-ci ilə qədərAzərbaycanın qaz ixracı 30 milyard kubmetrə çatacaq və bu,Almaniya, Avstriya və Çexiya da daxil olmaqla, Mərkəzi Avropanınmüxtəlif ölkələrinə tədarükləri genişləndirməyə imkan verəcək.

Türkiyə özünü təkcə Azərbaycan qazının deyil, həm dəTürkmənistan kimi digər ölkələrin qazının Avropaya tranzitini təminedən əsas enerji mərkəzi kimi mövqeləndirir. Bununla əlaqədarolaraq, Bakı və Ankara TANAP-ın genişləndirilməsi və Xəzər dənizivasitəsilə Türkmənistan qazının Azərbaycan üzərindən Türkiyəyə vəAvropaya daşınması layihəsini nəzərdən keçirirlər.

Türkiyə Rusiya, İran və digər ölkələrlə qaz tədarükününşaxələndirilməsi ilə bağlı danışıqlar aparır ki, bu da onuAvropanın enerji təhlükəsizliyində əsas strateji oyunçulardanbirinə çevirir.

Azərbaycan və Türkiyə arasında enerji sahəsindəki əməkdaşlıqtəkcə iki ölkənin deyil, bütövlükdə regionun enerji sabitliyinigücləndirir. Birgə layihələr Avropa üçün qaz tədarükünündiversifikasiyasına, Rusiyadan enerji asılılığının azalmasına vəenerji sektorunun dayanıqlığının artırılmasına töhfə verir.Gələcəkdə Azərbaycanın əsas qaz ixracatçısı kimi rolu daha daartacaq, Türkiyə isə Avrasiyanın enerji mərkəzi kimi mövqeyinigücləndirəcək.

Onu da əsla unutmayaq ki, Azərbaycanla Türkiyə qardaş ölkələrdirvə bu münasibətlər ortaq etnik, mədəni və tarixi irs üzərindəqurulub. Son onilliklərdə bu əlaqələr daha da möhkəmlənmiş,strateji xarakter alaraq, müasir dünyada unikal müttəfiqlikmodelinə çevrilib.

Bu gün Bakı ilə Ankaranın qardaşlığı yeni mərhələyə qədəmqoyaraq siyasət, iqtisadiyyat, müdafiə və enerji də daxil olmaqla,demək olar ki, bütün sahələri əhatə edir.

Azərbaycan-Türkiyə münasibətləri həmişə sıx koordinasiya iləseçilib. Bu qardaşlığın ilkin nümunələrindən biri 1918-ci ildə NuruPaşanın komandanlığı altında Qafqaz İslam Ordusunun Bakınıerməni-bolşevik qüvvələrindən azad etməsi olub. SSRİ-nin süqutundansonra isə Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkə olub(9 noyabr 1991-ci il). O vaxtdan bəri iki ölkə arasındakı əlaqələrmürəkkəb geosiyasi şəraitə baxmayaraq, sürətlə inkişaf edir.

İki ölkə arasında siyasi dialoq xüsusilə Ümummilli Lider HeydərƏliyevin hakimiyyətə gəlməsindən sonra daha da möhkəmləndi,Prezident İlham Əliyevin dövründə isə Azərbaycan-Türkiyəmünasibətləri ən yüksək səviyyəyə çatdı. 2010-cu ildə imzalananStrateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım Müqaviləsi ikitərəflialyansın əsasını qoydu. 15 iyun 2021-ci ildə isə Şuşa Bəyannaməsiimzalanmışdır və bu sənəd Azərbaycanla Türkiyə arasında müttəfiqlikmünasibətlərini rəsmi şəkildə təsdiqlədi. Şuşa Bəyannaməsinin əsasmüddəaları aşağıdakılardır: suverenlik və ərazi bütövlüyünə qarşıtəhdidlər zamanı qarşılıqlı dəstək göstərilməsi; müdafiə sahəsindəəməkdaşlığın genişləndirilməsi; iqtisadi və nəqliyyatinteqrasiyasının dərinləşdirilməsi; regionda sabitliyin təminedilməsi üçün birgə səylərin artırılması.

Şuşa Bəyannaməsi Azərbaycanın təhlükəsizliyinin qorunmasındaTürkiyənin zəmanətçi rolunu daha da gücləndirmiş və bu iki ölkənihərbi-siyasi müttəfiqlərə çevirdi. Bu gün Azərbaycan və Türkiyəbirgə strateji layihələr həyata keçirərək regional və qlobalsiyasətdə mühüm oyunçulara dönür.

Azərbaycan-Türkiyə hərbi-texniki əməkdaşlığı iki ölkənin müdafiəsahəsində güclü müttəfiqliyini formalaşdıraraq regionda qüvvələrbalansını dəyişdirdi.

Ermənistan onilliklər boyu Azərbaycan ərazilərini işğal altındasaxlamış və bu torpaqların azad olunması prosesində TürkiyəAzərbaycanın əsas tərəfdaşı olub. 44 günlük Vətən müharibəsi(sentyabr-noyabr 2020-ci il) zamanı Türkiyə Azərbaycana misilsizhərbi dəstək göstərib. Bayraktar TB2 pilotsuz uçuş aparatlarının(PUA) tədarükü Azərbaycanın hərbi üstünlüyünü artıraraqErmənistanın ağır texnikasının məhv edilməsində həlledici roloynayıb. Azərbaycan hərbçiləri Türkiyə standartlarına uyğuntəlimlər keçib, bu da ordunun döyüş qabiliyyətini artırıb. Türkiyəeyni zamanda Azərbaycanın beynəlxalq müstəvidə mövqelərinigücləndirərək anti-Azərbaycan təşəbbüslərinin qarşısını alıb.Müharibədən sonra da iki ölkə arasında hərbi əməkdaşlıq genişlənib.2021-ci ildən etibarən Azərbaycan Türkiyədən TRG-300 Kaplan yaylımatəşli reaktiv sistemləri və Otokar zirehli texnikası da daxilolmaqla, müasir silah sistemləri alıb. Birgə hərbi təlimlər ikiölkənin hərbi koordinasiyasının yüksək səviyyədə olduğunutəsdiqləyib.

Azərbaycan-Türkiyə iqtisadi münasibətləri sürətlə inkişaf edərəkstrateji tərəfdaşlığın əsas sütunlarından birinə çevrilib. 2023-cüildə iki ölkə arasındakı ticarət dövriyyəsi 7,5 milyard dollarıkeçib, 2025-ci ildə bu rəqəmin 15 milyard dollara çatdırılmasıhədəflənib. Azərbaycan-Türkiyə enerji alyansı bu əməkdaşlığın əsasistiqamətlərindən biridir. Azərbaycan Türkiyənin əsas qaztəchizatçısıdır və 2023-cü ildə bu ölkəyə 12 milyard kubmetr qazixrac edib. TANAP (Transanadolu Boru Kəməri) Azərbaycan qazınınAvropaya nəqli üçün əsas marşrutlardan birinə çevrilib vəgenişləndirmə işlərindən sonra onun ötürücülük qabiliyyəti 31milyard kubmetr təşkil edəcək. Azərbaycan Dövlət Neft Şirkəti(SOCAR) Türkiyədəki ən iri xarici investor olub, bu ölkədəümumilikdə 19 milyard dollardan çox sərmayə qoyub.

İki ölkənin transport və logistika sahəsində əməkdaşlığı dagenişlənməkdədir. Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu 2017-ci ildənfəaliyyət göstərir və indiyə qədər 1 milyon tondan çox yük daşıyıb.Bu xətt Azərbaycan, Türkiyə və Avropanı birləşdirən mühüm stratejikoridordur. Zəngəzur dəhlizi isə Azərbaycanın əsas ərazisiniNaxçıvan vasitəsilə Türkiyə ilə birləşdirəcək və Rusiya və İranınnəqliyyat yollarına alternativ olaraq Orta Dəhlizin əsas hissəsinəçevriləcək. SOCAR Türkiyənin STAR neft emalı zavoduna 6,3 milyarddollar sərmayə qoyub, eyni zamanda Azərbaycan bankları vəşirkətləri Türkiyədə logistika, turizm və tikinti sahələrinə böyükyatırımlar etməyə davam edirlər.

Azərbaycan-Türkiyə ittifaqının geosiyasi əhəmiyyəti böyükdür vəbu əməkdaşlıq Cənubi Qafqazdakı qüvvələr nisbətini ciddi şəkildədəyişib. Bakı və Ankaranın müttəfiqliyi regionda balansıdəyişdirərək Ermənistanı əvvəlki himayədarı olan Rusiyadan təcridedib.

Türkiyə Cənubi Qafqazda təsirini gücləndirərək Azərbaycanlabirlikdə regionun əsas güc mərkəzlərindən birinə çevrilib.Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycan vəTürkiyə əsas oyunçular sırasına daxil olub. Rusiya qazına tətbiqedilən sanksiyalardan sonra Azərbaycan Avropa İttifaqının əsasalternativ qaz tədarükçüsünə çevrilib. 2023-cü ildə AzərbaycanınAvropaya qaz ixracı 11 milyard kubmetr təşkil edib və 2027-ci iləqədər bu rəqəmin 20 milyard kubmetrə çatdırılmasıplanlaşdırılır.

Azərbaycan və Türkiyə həmçinin Türk Dövlətləri Təşkilatında(TDT) lider ölkələr olaraq iqtisadi və hərbi inteqrasiyanı təşviqedir və bu təşkilatın güclənməsində mühüm rol oynayırlar. XXI əsrdəAzərbaycan-Türkiyə münasibətləri yalnız iki ölkə üçün deyil, bütünAvrasiya üçün geosiyasi reallıqdır.

Bu müttəfiqlik regionun təhlükəsizliyi, sabitliyi və inkişafıüçün strateji əhəmiyyət daşıyır və qlobal proseslərə təsirgöstərməyə qadirdir. Azərbaycan və Türkiyə bir daha sübut etmişlərki, onların əməkdaşlığı müvəqqəti deyil, bu, uzunmüddətli stratejiseçimdir və regionun gələcək inkişafında həlledici roloynayacaq.

Məqalədə:
Избранный
52
3
az.trend.az

4Источники