RU

Keçmiş deputat üsyan etdi

Ötən gün İran parlamentinin 209 üzvü “Hicab və iffət haqqında” qanunun təcili icra edilməsi ilə bağlı məsələ qaldırıb.

Tribunainfo.az xəbər verir ki, onlar parlamentin spikeri Məhəmməd Baqer Qalibafa yazılı müraciət edərək, ondan qanunun icrasını tələb ediblər.
Lakin onların bu hərəkəti birmənalı qarşılanmayıb. İran parlamentinin keçmiş deputat Cəlal Rəşidi Koçi deyib ki, ölkənin Məclisi biabırçı durumdadır. “Görün 90 milyonluq bir ölkənin parlamentinin səviyyəsi necə aşağı düşüb. Parlament ərizə yazmaq yeridirmi? Əgər dünənə qədər bu qrupun şəfqət və ya məlumatsızlıq üzündən bəzi məsələlərdə israr etməsinə bir faiz şans verirdimsə, bu gün əminəm ki, bu ekstremistlər İranı məhv etmək niyyətindədirlər”.

Избранный
30
tribunainfo.az

1Источники