RU

Ağdərəyə köçən sakin: Doğma yurdumuza qayıdırıq, firavan günlərimiz yenidən başlayır

Tərtər, 6 mart, Tahir Ağaməmmədov, AZƏRTAC

Ömrümüzün 33 ili müharibə, köçkünlük, doğma yurddan ayrı düşmək, itkilər, acılar ilə yadda qaldı. İndi isə doğma yurdumuza qayıdırıq, firavan günlərimiz yenidən başlayır.

Bu sözləri Tərtərdə AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Ağdərənin Həsənriz kəndinə köç edən keçmiş məcburi köçkün Rizvan Abbasov deyib.

“Ötən illərdə Bərdədə məskunlaşmışdıq. İllər keçsə də, bir gün doğma torpaqlara qayıdacağımıza ümidimizi itirmirdik. Artıq ümidlər, arzular gerçəkləşib”, – deyə o bildirib.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, Ağdərənin Həsənriz kəndinə növbəti köç karvanı yola salınıb. Bu mərhələdə Həsənriz kəndinə 25 ailə - 75 nəfər köçürülür.

Избранный
30
azertag.az

1Источники