RU

Portuqaliya mətbuatı Kərəmi tənqid etdi - “Milyon dollarlıq türk haradadır?”

Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk matçında “Benfika”nın “Barselona”ya 0:1 hesabı ilə məğlub olmasından sonra Portuqaliya mətbuatı komandanın türk futbolçusu Kerem Aktürkoğlunu tənqid edib. 

“Qafqazinfo” xəbər verir ki, onlar yarımmüdafiəçinin əvvəlki performansı göstərmədiyini yazıb:

“Milyon avroluq sual - mövsümün ilk iki ayında “Benfika” azarkeşlərinin bəyəndiyi milyonlarla avroluq türk haradadır? 

O, ilk hissədə təmkinli deyildi, topu Şesninin ram etməsinə şərait yaradırdı. Onun keçən ilin avqust, sentyabr və oktyabr aylarında göstərdiyi performansı ilə indiki eyni deyil”. 

Избранный
16
2
qafqazinfo.az

3Источники