RU

BŞTİ-dən müəllimlərə "hinduşkabaş" deyən direktorla bağlı - AÇIQLAMA

Bakı şəhəri 301 nömrəli tam orta məktəbin bir qrup müəllimi tərəfindən məktəbin direktoru barəsində bir müddət əvvəl ünvanlanmış müraciətlə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən xidməti araşdırma aparılıb.

Mia.az
xəbər verir ki, bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Bakı şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, məktəbin direktoru Sarıyeva Sevda Rövşən qızına əmək müqaviləsi ilə müəyyənləşdirilmiş vəzifələrin icrasına səhlənkar yanaşdığına görə xəbərdarlıq edilib.

Qeyd edək ki, müəllimlər direktorun onlara "hinduşkabaş" dediyini iddia edir. Hətta direktorun işə gəlmədiyi, məktəbi onlayn idarı etdiyi deyilir. Bu səbəbdən BŞTİ-nin  bu cavabı güülnc doğurur.

MİA.AZ

Избранный
6
2
mia.az

3Источники