RU

Mourinyo “Fənərbağça”dakı gələcəyindən danışdı

“Fənərbağça”nın baş məşqçisi Joze Mourinyo klubun ona yeni müqavilə təklif etməyə hazırlaşdığı ilə bağlı yayılan məlumatlara cavab verib.

İdmanxeber.az-ın məlumatına görə, portuqaliyalı mütəxəssis məsələ ilə bağlı bunları deyib:

“Bu, böyük klubdur, burada uğur hər kəsə məxsusdur. Biz bir olsaq, nəticə gec-tez gələcək. Mənim gələcəyim önəmli deyil, əsas “Fənərbağça”dır. Daha bir illik müqaviləm var, indi düşündüyüm tək şey klubun hədəfidir”.

Mourinyo 2024-cü ilin iyulunda “Fənərbağça”ya baş məşqçi təyin edilib. Onun rəhbərliyi altında komanda 42 oyun keçirib, 27 qələbə qazanıb, 10 dəfə heç-heçə edib və beş görüşdə məğlub olub.

25 turdan sonra “Fənərbaxça” Türkiyə çempionatında 61 xalla “Qalatasaray”dan 4 xal geri qalaraq ikinci pillədə qərarlaşıb.

 

Избранный
26
idmanxeber.az

1Источники