Çərşənbə günü, martın 5-də axşam saatlarında rus qoşunları Ukraynanın Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərinə raket zərbəsi endirib. Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatına görə, raket beşmərtəbəli otelə düşüb.
Herbiand.az xəbər verir ki, Dnepropetrovsk vilayət hərbi administrasiyasının rəhbəri Sergey Lısakın Telegram kanalında yazdığına görə, 3 nəfər həlak olub, daha 31 nəfər, o cümlədən biri uşaq yaralanıb. Yaralılardan 14-nün vəziyyəti ağırdır.
Lysak daha sonra 43 yaşlı kişinin xəstəxanada öldüyünü, ölənlərin sayının 4-ə çatdığını bildirib.
Administrasiyasının rəhbəri oteldən başqa 14 yaşayış binası, poçt, mədəniyyət müəssisəsi, 12 mağaza və 20-yə yaxın avtomobilə ziyan dəydiyini də yazıb.
Xilasedicilər dağıntıları təmizləməyə davam edir.