RU

Sevastopolda Ukrayna ordusunu maliyyələşdirən şəxslərin əmlakı milliləşdiriləcək

Sevastopolda Ukrayna Silahlı Qüvvələrinə maliyyə dəstəyi göstərən fiziki şəxslərin daşınar və daşınmaz əmlakı milliləşdiriləcək.

Herbiand.az bildirir ki, bu barədə şəhər qubernatoru Mixail Razvojayev Telegram kanalında məlumat verib.

Razvojayevin sözlərinə görə, Terrorla Mübarizə Komissiyasının işçi qrupu sözügedən şəxslərin Rusiyaya qarşı qeyri-dost hərəkətlər etdiyini və Kiyev rejiminin şərikləri olduğunu sübut etməyə nail olub.

“Onlar vəsait toplayıb, Ukrayna silahlı qruplarını maliyyələşdiriblər və bilavasitə ölkəmizin konstitusiya quruluşuna, müdafiə qabiliyyətinə və təhlükəsizliyinə təhdid yaradan Polşanın “insan hüquqları fondu”nun rəhbərləri və sponsorları olublar”, - qubernator bildirib.

Polşanın sözügedən fondu vasitəsilə köçürülən vəsaitin ümumi məbləği 520 min dolları ötüb.

Bəxtiyar CƏFƏRLİ

Избранный
89
herbiand.az

1Источники