RU

Belarusiya Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin layihələndirilməsində iştirakını davam edəcək – Səfir

Bakı. Trend:

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar QuliyevBelarus Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə vəsəlahiyyətli səfiri Dmitri Pineviçlə görüşüb.

Trend-ə bubarədə Komitədən məlumat verilib.

Qeyd edilib ki, Komitə sədri son illər ərzində ölkəmizdəşəhərsalma və memarlıq sahəsində görülən işlər barədə ətraflıməlumat verərək, Belarusun müvafiq qurumları ilə sıx əməkdaşlığınuğurlu nəticələrindən bəhs edib.

Ötən il bağlanmış müvafiq saziş əsasında Ağdam rayonu QızılKəngərli kənd yaşayış məntəqəsinin aqrar şəhərcik formatındalayihələndirilməsinin iki ölkə arasında əlaqələringenişləndirilməsi baxımından əhəmiyyəti xüsusilə vurğulanıb.

Səfir öz növbəsində yaşayış məntəqələrinin və tikintiobyektlərinin layihələndirilməsi üzrə qarşılıqlı faydalıəməkdaşlıqdan məmnunluğunu ifadə edərək, bu istiqamətdə səyləriniəsirgəməyəcəyini deyib.

Избранный
24
az.trend.az

1Источники