“Naxçıvan İpoteka Fondu” ASC-də yoxlama keçirilir.
Editor.az APA-ya istinadla xəbər verir ki, yoxlama Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən keçirilir.
Hesablama Palatasından sorğuya cavab olaraq bildirilib ki, 2025-ci ilin iş planına əsasən, “Naxçıvan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətində nəzarət tədbiri həyata keçirilir və “Hesablama Palatası haqqında” Qanunun 22-ci maddəsinə uyğun olaraq audit prosesi davam edir.